ABŞ BƏƏ-nin artilleriya və minaatan aşkar edən radar tələbini təsdiqləyib

2023/12/1702019185.jpg
Oxunub: 4172     17:27     08 Dekabr 2023    
ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) tərəfindən BƏƏ-yə 18 ədəd AN/TPQ-50 mobil artilleriya və minaatan aşkar edən radarların satışına icazə verilməsi ilə bağlı bəyanat verilib.

Ordu.az-ın xəbərinə görə, yayımlanan bəyanatda bildirilib ki, ABŞ Dövlət Departamenti AN/TPQ-50 mobil artilleriya və minaatan aşkar edən radar və müvafiq avadanlıqların BƏƏ-yə FMS proqramı vasitəsilə təxmini dəyəri 85 milyon dollara satışına icazə verib.

Satışın təsdiq üçün Konqresə göndərildiyi qeyd olunub.

Yayımlanan bəyanatda təklif olunan satışın BƏƏ-nin təhlükəsizliyini artıracağı və bu ölkənin Yaxın Şərqdə siyasi sabitlik və iqtisadi tərəqqi üçün ABŞ-nin həyati tərəfdaşı olduğu vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BƏƏ  


Bizi "telegram"da izləyin