Cənubi Kipr şirkəti EDEX 2023 sərgisində “Dragonflyer” seriyasını təqdim edib

2023/12/1702018831.jpg
Oxunub: 8519     22:11     08 Dekabr 2023    
Cənubi Kiprin “CyRIC AGS” şirkəti Misirdə keçirilən EDEX 2023 sərgisində “Dragonflyer” seriyasını təqdim edib.

Ordu.az xəbər verir ki, bu seriyanın müvafiq olaraq 60 mm və 81 mm-lik minaatan mərmilərini daşımaq üçün nəzərdə tutulmuş “Dragonflyer-60” və “Dragonflyer-81” adlı iki versiyadan ibarət olduğu açıqlanıb.

Bildirilir ki, bu yığcam və qatlana bilən planerlər əsas təyyarədən buraxılmaq üçün nəzərdə tutulub və əməliyyatlar zamanı səmərəli uçuş üçün 5-ə 1 sürüşmə nisbətinə (glide ratio) malikdir.

Bildirilib ki, sərgidə “Dragonflyer” planerlərinin diqqəti cəlb edən xüsusiyyətlərindən biri onların avtonom funksionallığı olub.

Bu avtonom funksionallıq çərçivəsində planerlərin stansiyadan hədəf koordinatlarını alması və mövcud hava şəraitinə uyğun olaraq hədəfə ən səmərəli uçuş yolunu hesablaması təklif edilib.

Bu avtonom qabiliyyət həssaslığı artırmaq və hücumlarda itkiləri minimuma endirmək məqsədi daşıyır. Planerlərin kəşfiyyat, müşahidə və aşkarlama proqramlarında istifadə ediləcəyi düşünülür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Kipr   EDEX-2023  


Bizi "telegram"da izləyin