ABŞ ordusu Yaponiyadakı qəzadan sonra “Osprey”ləri yerə endirmək qərarına gəlib

2023/12/2023--1702018541.jpg
Oxunub: 6438     19:34     08 Dekabr 2023    
ABŞ ordusu ötən həftə Yaponiyada qəzaya uğrayan və 8 amerikalı hərbi qulluqçunun ölümünə səbəb olan “V-22 Osprey” tipli tiltrotorları yerə endirməyə qərar verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri (HHQ), Hərbi Dəniz Qüvvələri (HDQ) və Dəniz Piyadaları Korpusundan verilən açıqlamada yüzlərlə “V-22 Osprey” tipli tiltrotorun yerə endirildiyi bildirilib.

ABŞ HHQ-nin xüsusi əməliyyatlar komandanı general-leytenant Tony Bauernfeind verdiyi yazılı açıqlamada Yaponiyada baş verən hadisə ilə bağlı istintaq davam edərkən bu addımı “riskləri azaltmaq” üçün atdıqlarını bildirib.

Bauernfeind qeyd edib ki, qəzaya tiltrotorun hissələrində mümkün nasazlıq səbəb olub, lakin bu nasazlığın səbəbi hələ müəyyən edilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin