Avstraliya və Papua-Yeni Qvineya təhlükəsizlik sazişi imzalayıb

2023/12/2023--1702018316.jpg
Oxunub: 7938     15:50     08 Dekabr 2023    
Avstraliya və Papua-Yeni Qvineya arasında regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün saziş imzalanıb.

Ordu.az xəbər verir ki, Avstraliya Baş Nazir Aparatından verilən açıqlamada Baş nazir Antoni Albanesenin Kanberrada Papua Yeni Qvineyalı həmkarı Ceyms Marape ilə görüşdüyü qeyd edilib.

Açıqlamada bildirilib ki, görüşlərdən sonra iki Baş nazir müdafiə, sərhəd və dəniz təhlükəsizliyi və kibertəhlükəsizlik kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan saziş imzalayıb.

“X” sosial media hesabındakı paylaşımında Albanese müqaviləni “tarixi və hərtərəfli” adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Papua-Yeni-Qvineya  


Bizi "telegram"da izləyin