ASFAT-ın masasında 7,7 milyard dollar dəyərində müqavilə var

2023/12/Orang-1702018155.jpg
Oxunub: 4988     17:47     08 Dekabr 2023    
ASFAT-ın beynəlxalq əməliyyatları genişlənir.

Ordu.az xəbər verir ki, şirkət rəsmilərindən əldə edilən məlumata görə, 7,7 milyard dollarlıq yeni müqavilələr müzakirə olunur.

ASFAT-ın xarici mətbuat nümayəndələri üçün xüsusi olaraq təşkil etdiyi gəmiqayırma zavodu turu zamanı xarici jurnalistlərə qurumun həyata keçirdiyi layihələr və son işlər haqqında məlumat verilib.

ASFAT-ın baş direktoru Esad Akgün şirkətin daha çox özəl bir şirkət kimi idarə edildiyini bildirib.

“İstənilən özəl şirkətin çevikliyi və Müdafiə Nazirliyinin gücü ilə biz təkcə öz silahlı qüvvələrimiz üçün deyil, həm də müttəfiq ölkələr üçün layihələr həyata keçiririk”, - deyə Akgün qeyd edib.

İmzalanan müqavilələrdəki gəmilərin bəziləri tamamlansa da, bəzilərinin inşası hələ də davam edir.

Hazırda NATO ilə imzalanmış müqavilə olmasa da, şirkət NATO müttəfiqləri də daxil olmaqla 30-dan çox ölkədə biznesin inkişafı üzrə fəaliyyət göstərir.

NATO çərçivəsində mümkün razılaşma ilə prosesdə təyyarələrə texniki xidmət göstəriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASFAT   NATO  


Bizi "telegram"da izləyin