Britaniya MN PUA-ların sayını səhv hesabladığını etiraf edib

2023/12/1702017720.jpg
Oxunub: 1956     21:19     08 Dekabr 2023    
Böyük Britaniyanın Müdafiə Nazirliyi minlərlə Pilotsuz Uçuş Aparatını (PUA) illik avadanlıq inventar yeniləməsindən çıxarıb.

Ordu.az xəbər verir ki, nazirlik problemin “inzibati xəta” səbəbindən baş verdiyini bildirib.

Bu açıqlamadan sonra nazirliyə “özünə gəl” deyilib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi demək olar bütün PUA-larını hesablamadığını ancaq “Financial Times”ın silah sistemləri və digər avadanlıqlar haqqında ətraflı məlumat verən rəsmi statistikaların Britaniya ordusunun cəmi 55 PUA-ya sahib olduğunu göstərdiyinə diqqət çəkməsindən sonra anlayıb.

Sentyabr ayında dərc edilən sənəddə qeyd edilib ki, 1 aprel 2023-cü il tarixinə 55 PUA Sistemi mövcuddur və 2022-ci ildən etibarən bu rəqəm 230 ədəd azalıb.

Müdafiə Nazirliyi yalnız 55 PUA-nın göstərildiyi son rəsmi statistikanın “inzibati xətaya əsaslandığını” bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   MN   PUA  


Bizi "telegram"da izləyin