Amerikalı təqaüddə olan general Türkiyənin F-16 tələbini təsdiqləməyə çağırıb

2023/12/1702017667.jpg
Oxunub: 4835     17:40     08 Dekabr 2023    
NATO-nun Avropadakı keçmiş ali baş komandanı, amerikalı general Filip Bridlav Ankaranın F-16 sorğusunun təkcə Türkiyə üçün deyil, NATO üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirərək, tez bir zamanda tələbi təsdiqləməyə çağırıb.

Ordu.az xəbər verir ki, 2013-2016-cı illər arasında NATO-nun Avropadakı ən yüksək rütbəli şəxsi vəzifəsini icra edən təqaüddə olan general Türkiyənin NATO alyansının ən mühüm müttəfiqlərindən biri olduğunu, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) NATO-nun bir çox əməliyyatlarına, Baltik dənizi və Şərqi Avropada NATO hava məkanının qorunmasına töhfə verdiyini deyib.

Bridlav qeyd edib ki, Türkiyə döyüş təyyarələri parkını yeniləmək və modernləşdirmək üçün dəstəklənməlidir.

“Türkiyə kimi böyük orduları olan böyük ölkələrin də ittifaqımızdakı digər müttəfiqlərimiz qarşısında öhdəlikləri var. Bu səbəbdən Türkiyə hərbi imkanlarını yeniləməli, gücləndirməlidir və bu imkanların NATO-nun qalan hissəsi ilə tam uyğunlaşmasını davam etdirməlidir”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   F-16  


Bizi "telegram"da izləyin