“Bayraktar TB2 və “Akıncı” PUA modelləri Misir bayrağı ilə sərgilənir

2023/12/2023--1702017610.jpg
Oxunub: 5942     14:38     08 Dekabr 2023    
Misirli müdafiə sənayesi tədqiqatçısı Mahmud Camal “X” hesabı vasitəsilə Misirdə davam edən EDEX 2023 müdafiə sənayesi sərgisində “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) və “Akıncı” hücum tipli PUA modellərinin görüntülərini paylaşıb.

Ordu.az xəbər verir ki, paylaşımda TB2 və “Akıncı” PUA-larının sursatlarının olduğu modellərdə Misir bayrağı nəzərə çarpır.

Xüsusilə, İsrail-Fələstin münaqişəsi Misirin silahlanma prosesini, xüsusən də hava qüvvələrini sürətləndirib.

Bu çərçivədə ötən ay Misir Sinay yarımadasında 4-cü Zirehli Diviziya da daxil olmaqla genişmiqyaslı təlim təşkil edib. Bu təlimdə Misirin Cənubi Koreyadan tədarük etdiyi “K9 Thunder” özüyeriyən haubitsaları ilk dəfə Misir ordusunda görüntülənib.

Müdafiə sənayesi sərgisində “Baykar”dan başqa Türkiyədən ASELSAN, ROKETSAN və TUSAŞ kimi şirkətlər də iştirak edir. Bu çərçivədə ASELSAN EDEX-in ikinci günündə Misirdə fəaliyyət göstərən “Kader Factory” şirkəti ilə Niyyət Müqaviləsi imzalayıb. Digər Türkiyə şirkətlərinin də Misir şirkətləri ilə müqavilə imzalayacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB2   Akıncı   PUA  


Bizi "telegram"da izləyin