ASELSAN baş direktor müavini: “Embarqolar nəticəsində məhsul ixrac edən ölkəyə çevrilmişik”

2023/12/2023--1701932787.jpg
Oxunub: 6869     21:31     07 Dekabr 2023    
23-25 noyabr 2023-cü il tarixləri arasında Konyada keçirilən Konya Müdafiə Sənayesi Təchizatçı Yığıncaqlarında keçirilən “Türkiyə Müdafiə Sənayesinin Gələcəyi və Konyanın Ekosistemdəki Yeri” adlı paneldə ASELSAN təchizat zəncirinin idarə edilməsi baş direktorunun müavini Nuh Yılmaz çıxış edib.

Ordu.az xəbər verir ki, Yılmaz ASELSAN və subpodratçıların milliləşdirdiyi kritik sistemlər və Konyada aparılan işlərdən danışıb.

O, 400-ə yaxın işçisi olan ASELSAN Konya fabrikində 400-dən çox sistem istehsal etdiklərini bildirib.

Yılmaz 1974-cü il Kipr Sülh Əməliyyatının Türkiyə müdafiə sənayesi üçün dönüş nöqtəsi olduğunu qeyd edib.

“Embarqolar nəticəsində məhsul ixrac edən ölkəyə çevrilmişik”, - deyə ASELSAN baş direktorunun müavini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin