Səudiyyə Ərəbistanı RE-3A Taktiki Havadan Müşahidə Sistemi Təyyarəsini modernləşdirir

2023/12/1701927721.jpg
Oxunub: 4368     19:41     11 Dekabr 2023    
Səudiyyə Ərəbistanı RE-3A Taktiki Havadan Müşahidə Sistemi Təyyarəsini modernləşdirmək istəyir.

Ordu.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında olan RE-3A Taktiki Havadan Müşahidə Sistemi Təyyarəsininin modernləşdirilməsi və lazımi avadanlıqların satışına icazə verilməsi ilə bağlı bəyanat yayıb.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin yaydığı bəyanatda bildirilib ki, FMS proqramı çərçivəsində RE-3A Taktiki Havadan Müşahidə Sistemi Təyyarəsinin modernləşdirilməsinə və təxmini dəyəri 582 milyon dollar olan müvafiq avadanlıqların satışına ABŞ Dövlət Departamenti tərəfindən icazə verilib və satışın təsdiqlənməsi üçün Konqresə göndərilib.

Ümumi dəyərin 582 milyon dollar olduğu təxmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistan   RE-3A  


Bizi "telegram"da izləyin