ABŞ Ukraynaya 175 milyon dollaradək olan yeni silah paketi ayırıb

2023/11/1698987193.jpg
Oxunub: 234     22:28     06 Dekabr 2023    
ABŞ Ukraynaya 175 milyon dollara qədər məbləğində yeni silah paketi ayırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı açıqlamasında bildirilib.

Qeyd olunub ki, paketə "HIMARS" çoxsaylı buraxılış raket sistemləri, "AGM-88 HARM" anti-radar raketləri, artilleriya mərmiləri, zirehli deşici mərmilər, atıcı silahların sursatları, maneələrin məhv edilməsi üçün dağıdıcı sursatlar, kritik infrastrukturun mühafizəsi üçün avadanlıqlar, həmçinin ehtiyat hissələri və köməkçi avadanlıqlar daxil edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin