Ağ Ev: ABŞ Konqresinin respublikaçıları Ukraynaya yardımı “girov saxlayır”

2022/09/1663102752.jpg
Oxunub: 217     20:44     06 Dekabr 2023    
ABŞ administrasiyası respublikaçıların Ukraynaya yardımın davam etdirilməsi üçün şərt kimi irəli sürdüyü cənub sərhədi üzərində nəzarətin gücləndirilməsi tələblərini rədd edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz bilirik ki, Konqresdə Ukraynaya ikipartiyalı dəstək var, lakin ABŞ-ın cənub sərhədində bir sıra olduqca sərt sərhəd tədbirləri tələb etməklə Ukraynaya dəstəyi “girov saxlamaq” istəyən bir sıra respublikaçılar bizi aldatdı”, - o deyib.

C.Kirbinin sözlərinə görə, Kiyevə yardım çərşənbə axşamı təsdiq edilməli idi, lakin respublikaçıların mövqeyinə görə bu, baş tutmayıb. Bununla bağlı o, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözçüsünün “ABŞ-ın dəstəyi olmadan Ukraynanın bu müharibəni uduzması riski böyükdür” sözlərindən sitat gətirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin