ABŞ Konqresi Ukrayna üçün lend-liz qanununa düzəlişə bu həftə baxacaq

2023/11/1698987193.jpg
Oxunub: 185     17:24     06 Dekabr 2023    
ABŞ Konqresi Ukrayna üçün tətbiq etdiyi lend-liz qanununa düzəlişə bu həftə baxacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova yerli televiziyada təşkil edilən marafonda çıxışı zamanı bildirib.

"Ümid edirik ki, yaxın gələcəkdə, iki həftə ərzində ABŞ Konqresində təmsil olunan hər iki partiya (red. – Respublikaçılar və Demokratlar) kompromisə gələcək, gözlədiyimiz yardım (silah, maddi vəsait, humanitar, enerji) paketini tam şəkildə qəbul edəcək".

Markarova həmçinin qeyd edib ki, bununla paralel olaraq Ukrayna üçün konkret silahların əldə edilməsi, ABŞ sanksiyalarının genişləndirilməsi və Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi ilə bağlı genişmiqyaslı iş davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin