HƏMAS İsrail ərazisinə indiyə qədər 12 minə yaxın raket buraxıb

2023/11/1699506881.jpg
Oxunub: 211     17:15     06 Dekabr 2023    
"HƏMAS oktyabrın 7-dən indiyə kimi İsrailə 11,5 mindən çox raket atıb, onlardan 2 mini Fələstin anklavının ərazisinə düşüb".

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu xarici jurnalistlər üçün keçirdiyi brifinqdə İsrail hökumətinin sözçüsü Eylon Levi bildirib.

"2 mindən çox buraxılış uğursuz olub, bu mərmilərin əksəriyyəti Qəzza zolağına düşüb və əhəmiyyətli dağıntılara səbəb olub", - o qeyd edib.

Onun sözlərinə görə, Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail Müdafiə Ordusunun qoşunları HƏMAS komandirlərinin azı yarısını öldürüb: "Qoşunlarımız aviasiyanın dəstəyi ilə Qəzza zolağı daxilində irəliləməyə davam edir. HƏMAS-ın hərbi imkanları əhəmiyyətli dərəcədə azalıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin