İsrail “Hizbullah"ın obyektlərinə zərbələr endirib

2023/10/1698383687.jpg
Oxunub: 201     16:13     06 Dekabr 2023    
İsrail Müdafiə Ordusu dekabrın 6-da Livan ərazisində “Hizbullah” qruplaşmasının obyektlərinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.

Məlumata görə, Müdafiə Ordusu Livanın cənubuna tank, artilleriya ilə hücum edib. Bundan başqa İsrail Müdafiə Ordusu Hərbi Hava Qüvvələri “Hizbullah”ın əməliyyat qərargahı və infrastrukturlarına zərbə endirib.

Bildirilib ki, Livan ərazisindən İsrailin Ərəb əl-Aramşa bölgəsi və Hermon dağındakı hərbi postları atəşə tutandan sonra Müdafiə qüvvələri raketlərlə cavab atəşi açıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin