Erməni ictimai xadim: “Paşinyanı hakimiyyətə gətirdiyimiz kimi, elə də uzaqlaşdıracağıq”

2023/12/1701853253.jpg
Oxunub: 292     18:01     06 Dekabr 2023    
“Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarına başlayan “Zanq” hərəkatı tərəfdarlarının sayını 50-yə çatdırıb və yaxın gələcək üçün qarşıya tərəfdarların sayını 200-ə çatdırmaq vəzifəsi qoyulub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Zanq” hərəkatının üzvü, erməni ictimai xadim Suren Sahakyan deyib.

Onun sözlərinə görə, bundan sonra İrəvan şəhərini 10 gün iflic vəziyyətinə salmaq və hakimiyyət dəyişikliyinə səbəb olan uğurlu hərəkatlar zamanı atılan addımları atmaq mümkün olacaq.

“Biz gətirmişik, biz də aparacağıq. Bəli, 2018-ci ildə hakimiyyət dəyişikliyi prosesinə, xüsusən də texnologiya baxımından aktiv dəstəyimiz var idi və indi də texnologiyanı çəkib Paşinyana gətirdiyimiz kimi, yeri gəlmişkən, 10 alətdən birini istifadə edərək, yəni küçəni bağlayaraq, elə də uzaqlaşdıracağıq, başqa mexanizmlərdən də istifadə edəcəyik. Paşinyan getməlidir, alternativ yoxdur”, - deyə Sahakyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin