ABŞ İsrailə yeni bombalar göndərib

2023/12/1701852832.jpg
Oxunub: 304     17:13     06 Dekabr 2023    
ABŞ-nin HƏMAS-ın Qəzzadan çıxarılmasına kömək etmək üçün İsrailə on minlərlə silah və artilleriya mərmisi, eləcə də böyük bunker əleyhinə bombalar verdiyi bildirilir.

Ordu.az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ rəsmiləri təxminən 15 min bomba və 57 min top mərmisi də daxil olmaqla silah daşınmasının 7 oktyabr hücumundan qısa müddət sonra başladığını və son günlərdə də davam etdiyini bildiriblər.

ABŞ rəsmiləri tərəfindən qəzetə açıqlanan ABŞ-nin İsrailə göndərdiyi sursat siyahısında 5 mindən çox MK82 idarə olunmayan bombası, 5400-dən çox MK84 döyüş başlığı bombası, təxminən 1000 GBU-39 kiçik çaplı bombası və idarə olunmayan bombaları idarə olunan “ağıllı” bombalara çevirən təxminən 3 min JDAM (Birgə Birbaşa Hücum Sursatı) var.

ABŞ həmçinin İsrailə təxminən 57 min 155 mm idarəolunan artilleriya mərmisi, eləcə də minlərlə digər artilleriya mərmisi və müxtəlif yüngül silahlar göndərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin