“Azərbaycan lazımi anda anklavlar məsələsini həll etmək üçün hərbi addımlar atacaq” - Vitali Manqasaryan

2023/12/1701852576.jpg
Oxunub: 3202     17:20     06 Dekabr 2023    
“Hesab edirəm ki, indiki mərhələdə silahlı qüvvələrdə həyata keçirilən sertifikatlaşdırma mexanizminin effektivliyindən danışmaq tezdir”.

Ordu.az xəbər verir ki, Ermənistanın “Henaket” analitik mərkəzinin rəhbəri Vitali Manqasaryan deyib.

“Çünki hazırda neçə hərbi qulluqçunun attestasiya mərhələsindən keçməsi, neçəsinin əla, neçəsinin kafi alması və s. ilə bağlı hələ də müəyyən statistik məlumatlarımız yoxdur. Başqa sözlə, tam qiymətləndirmə vermək üçün ilk növbədə müvafiq məlumat lazımdır. Sertifikatlaşdırma prosesindən nə qədərinin keçə bilməməsi də vacibdir”, - deyə o qeyd edib.

Manqasaryan bildirib ki, onda olan məlumata görə, artıq erməni hərbi qulluqçular arasında attestasiya prosesinin metodologiyasından tutmuş mənəvi-psixoloji vəziyyətə qədər bir çox problemlər var.

“Məsələn, sıra hazırlığı prioritetlər sırasında və ya peşəkar və atəş bacarıqları ilə eyni səviyyədədirsə, bu, problemdir. Yekun qiymətləndirməni formalaşdıran qiymətləndirmə mexanizmi də problemlidir”, - deyə Ermənistanın “Henaket” analitik mərkəzinin rəhbəri vurğulayıb.

Erməni ekspert iddia edib ki, Azərbaycan lazımi anda anklavlar məsələsini həll etmək üçün hərbi addımlar atacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin