Erməni kartoqraf: “Kərki yeni alternativ yol çəkilmədən Azərbaycana verilsə, Ermənistanın cənub sərhəddi ilə əlaqəsi kəsiləcək”

2023/10/60-26-1696919954.jpg
Oxunub: 376     17:00     06 Dekabr 2023    
“Bu komissiyaların neçə dəfə görüşəcəyindən asılı olmayaraq, Ermənistan təkid etməlidir ki, Azərbaycan Ordusu “Ermənistanın əraziləri”ni tərk edənə qədər heç bir məsələ ilə bağlı müzakirə aparılmamalıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni kartoqraf Ruben Qalçyan deyib.

“Əgər Azərbaycanın Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyasına başladığını qəbul etsək, bu o deməkdir ki, Ermənistan Azərbaycanın nəzarət altına aldığı ərazilərin Azərbaycana məxsus olduğunu qəbul edir”, - deyə o qeyd edib.

Qalçyan bildirib ki, hazırkı vəziyyətdə Ermənistan hökumətinin sərhədlərin demarkasiyası və delimitasiyası işlərinə razılıq verməyə haqqı yoxdur.

Ermənistan hökumətinin rəhbərinin “Kərkinin əhəmiyyətini o qədər də vurğulamağa dəyməz” bəyanatına gəlincə, Qalçyan cavab verib ki, Kərki yeni alternativ yol çəkilmədən Azərbaycana verilsə, Ermənistanın cənub sərhəddi ilə əlaqəsi kəsiləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin