“Rusiya ilə Qərbin Ukrayna ilə bağlı qarşıdurması Ermənistan üçün unikal dərs olmalıdır” - Felgenhauer

2023/12/1701852467.jpg
Oxunub: 474     19:21     06 Dekabr 2023    
“Ermənistan-Azərbaycan sərhədində insidentlərin davam etməsi nə qədər təəssüf doğursa da, təbiidir, çünki bu münaqişə ilə bağlı irili-xırdalı regional sarsıntılara baxmayaraq, tərəflər danışıq apara və məsələləri həll edə bilmirlər”.

Ordu.az xəbər verir ki, rusiyalı hərbi və siyasi analitik Pavel Felgenhauer deyib.

Onun sözlərinə görə, bu gün danışıqlar daha da mürəkkəbləşib, çünki Cənubi Qafqazın da rəqabət platformasına çevrildiyi Qərb-Şərq qlobal qarşıdurması ilə müşayiət olunur.

Felgenhauer bildirib ki, Aİ müşahidəçiləri Ermənistanda siyasi mövcudluğu təmin edirlər.

“Müşahidəçilər Ermənistanda siyasi mövcudluğu təmin edirlər ki, KTMT və ya Rusiya bunu etməsin, üstəlik, Rusiya Cənubi Qafqazdan geri çəkilsin. Lakin maraqlısı odur ki, prosesin moderatoru Rusiyadırsa, prosesin moderatoru Avropa İttifaqıdırsa, yerdə əslində nə dəyişir? Hələlik heç bir fərq görmürəm, çünki vasitəçinin siyasəti daha dərin maraqlar əsasında formalaşır və onların həm Şərqdə, həm də Qərbdə oxşar maraqları var”, - deyə rusiyalı hərbi və siyasi analitik vurğulayıb.

Felgenhauer qeyd edib ki, Rusiya ilə Qərb arasında Ukraynada, Cənubi Qafqazda və hər yerdə inkişaf edən qarşıdurma demək olar eyni konturlara malikdir.

Ermənistan-Azərbaycan hadisələrinin gedişatına toxunan analitik bildirib ki, yaxın gələcəkdə sülh yolu ilə mərhələyə çatmağın çox çətin olacağı qənaətindədir.

“Rusiya ilə Qərbin Ukrayna ilə bağlı qarşıdurması və hazırkı proseslər Cənubi Qafqaz ölkələri və Ermənistan üçün unikal dərs olmalıdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin