Erməni deputat: “Praqada Alma-Ata bəyannaməsinə istinad edərək, Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınıb”

2022/04/99-51-1650701030.jpg
Oxunub: 273     16:47     06 Dekabr 2023    
“Azərbaycan Prezidenti ilə danışıqlar aparılmasıyla bağlı problemimiz var”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vahaqn Aleksanyan deyib.

Erməni deputat Azərbaycanla sərhəddə gərginliyin artmasına toxunaraq bildirib: “Ermənistan və onun rəsmiləri gərginliyin qarşısını almaq üçün hər şeyi edir və beynəlxalq tərəfdaşlarla ikitərəfli və çoxtərəfli təmaslar zamanı “Azərbaycana lazımi diplomatik təzyiq”in göstərilməsinin zəruriliyi dəfələrlə vurğulanır ki, sonuncu danışıqlar masasına qayıtsın və eskalasiyaya getməsin. Bunların nə dərəcədə işləyəcəyinə heç kim zəmanət verə bilməz”.

Nikol Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” deməsinə baxmayaraq, Ermənistan hökumətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı müşahidələrə toxunan Aleksanyan belə cavab verib: “Biz “Qarabağ”ın (ləğv edilmiş qondarma qurumun-red.) ləğvi ilə bağlı sənədi imzalamamışıq. Praqada Alma-Ata bəyannaməsinə istinad edərək, Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınıb. 2018-ci ilə qədər Qarabağ məsələsi həll edilib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin