Cənubi Koreya Polşa ilə müdafiə sahəsində əməkdaşlığı dərinləşdirir

2023/12/1701841938.jpg
Oxunub: 177     16:35     06 Dekabr 2023    
Cənubi Koreya Polşa ilə müdafiə sahəsində əməkdaşlığı dəniz sektoruna da köçürmək istəyir.

Ordu.az xəbər verir ki, Cənubi Koreyanın “Hanwha Group” şirkətlər qrupuna daxil olan “Hanwha Ocean” şirkəti Polşa ilə dəniz sektorunda möhkəm tərəfdaşlıq və əməkdaşlıq yaratmaq üçün bir sıra təkliflər irəli sürüb.

“Hanwha Ocean” yeni sualtı qayıqların tədarükü üçün həyata keçirilən “Orka” layihəsi çərçivəsində Polşa Hərbi Dəniz Qüvvələrinə (HDQ) KSS-III sualtı qayığını təqdim etməyi hədəfləyir.

Polşanın paytaxtı Varşavada keçirilən mətbuat konfransında şirkət Polşa ilə bölgədə strateji əməkdaşlıq qurmaq istəyini ifadə edib, Polşaya yeni sualtı qayıqların istehsalı da daxil olmaqla bir sıra təkliflər təqdim etdiklərini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Polşa  


Bizi "telegram"da izləyin