Ceyms O-Brayn Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı Azərbaycanda rəsmilərlə görüşəcək

2023/11/6554f-1700071201.jpg
Oxunub: 4926     17:13     05 Dekabr 2023    
ABŞ Dövlət katibinin köməkçisi Ceyms O-Brayn Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı Azərbaycanda rəsmilərlə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Azərbaycana və Rumıniyaya səfər etməkdən çox şadam, burada Cənubi Qafqazda sülh danışıqlarının irəliləməsinə dair rəsmilərlə və taxıl ixracı ilə bağlı yüksək vəzifəli şəxslərlə görüşəcəyəm",- o əlavə edib.

Qeyd edək ki, Ceyms K.O-Brayen dekabrın 6-8-də Bakıya və Rumıniyanın Buxarest və Tulça şəhərlərinə səfər edəcək. Dövlət katibinin köməkçisi Bakıda olarkən Azərbaycan rəsmiləri ilə ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi və Ermənistan ilə Azərbaycan arasında sülhün gündəliyinin dəstəklənməsinə dair görüşlər keçirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: O-Brayn   Azərbaycan   ABŞ  


Bizi "telegram"da izləyin