Səfir: “İkinci "Qızıl alma” Azərbaycan səmasında uçacaq”

2022/12/Bayra-1671025371.jpg
Oxunub: 6365     17:00     05 Dekabr 2023    
İkinci “Qızıl alma” Azərbaycan səmasında uçacaq”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Cahit Bağçı “Aselsan” şirkətinin Azərbaycanda “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə yol mühəndəsliyi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır: “Bizdə Bayraktar var. O, bu gün Azərbaycan səmasında Azərbaycanın təhlükəsizliyi üçün uçur. Bizdə “Qızıl alma” var. “Qızıl alma”nın ikincisi Azərbaycan səmasında uçacaq. Türkiyə “Şuşa Bəyannaməsi” əsasında Azərbaycanla əməkdaşlığı genişləndirir”.

Səfir söyləyib ki, Türkiyə müxtəlif sahələrdə Azərbaycanın inkişafına töhfə verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qızıl-alma   Türkiyə  


Bizi "telegram"da izləyin