Avropa İttifaqı Ermənistana hərbi-texniki missiya göndərəcək

2022/02/1645986589.jpg
Oxunub: 3008     14:41     05 Dekabr 2023    
Avropa İttifaqı (Aİ) bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-itexniki missiya göndərəcək.

Ordu.az xəbər verir ki, bu barədə qurumun Ermənistandakı nümayəndəsi Vasilis Maraqos deyib.

O bildirib ki, Aİ Ermənistanla bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüb: “Bu ilin sonu və ya gələn ilin əvvəlində Brüssel Ermənistan Silahlı Qüvvələrinə yardım göstərmək məqsədilə konkret təkliflər hazırlamaq üçün Ermənistana texniki missiya göndərəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Ermənistan  


Bizi "telegram"da izləyin