ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib, araşdırma aparılır - YENİLƏNİB

2020/05/vzriv-1589022045.jpg
Oxunub: 2260     14:55     05 Dekabr 2023    
Ağdamda mina partlayışı faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Ordu.az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Ağdamda baş verən mina partlayışı barədə məlumat yayıb.

ANAMA-nın Mətbuat xidmətindən Ordu.az-a bildirilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.

***

Ağdamda mina partlayıb.

Ordu.az xəbər verir ki, hadisə bu gün Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində baş verib.

Minaya düşən şəxsin Vaqif Əkbərov olduğu bildirilir. İlkin məlumata görə, o, ayağından xəsarət alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Mina   Partlayış  


Bizi "telegram"da izləyin