“Leonardo” Yunanıstanın tankları üçün modernləşdirmə planı təqdim edir

2023/12/2023--1701762420.jpg
Oxunub: 5425     15:46     05 Dekabr 2023    
Yunanıstanın Müdafiə Nazirliyi 28 noyabr 2023-cü il tarixində Baş Qərargahın binasında İtaliyanın “Leonardo” şirkətinin nümayəndələri tərəfindən “Leopard 1A5” tanklarının modernləşdirilməsi ilə bağlı təqdimatın keçirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, sözügedən açıqlamada “Leonardo”nun təklif etdiyi həll yollarından bəhs edilmir.

Məlumata görə, 2022-ci ilin oktyabrında eyni şirkət Braziliyanın “Leopard 1A5” tanklarının modernləşdirilməsi üçün qüllənin “Hitfact Mk.2” ilə əvəzlənməsinə diqqət yetirən rəsmi təklif təqdim edib.

Sözügedən qüllədə 105/52 və ya 120/45 mm top ola bilər. “Hitfact Mk.2” 2-3 nəfərlik ekipaj tələb edir və avtomatik yükləmə sisteminə malikdir. Əsas silahdan əlavə 7,62 mm-lik pulemyot da var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   Yunanıstan  


Bizi "telegram"da izləyin