İran şaquli şəkildə qalxıb enə bilən “Çamroş-4” PUA-sını təqdim edib

2023/12/2023--1701762350.jpg
Oxunub: 5313     17:12     05 Dekabr 2023    
İran şaquli şəkildə qalxıb enə bilən Pilotsuz Uçuş Aparatı (PUA) “Çamroş-4”ü təqdim edib.

Ordu.az xəbər verir ki, bu çərçivədə PUA Quru Qoşunlarının komandanı general-mayor Seyid Əbdülrəhim Musəvinin Hərbi Dəniz Qüvvələrinin elmi və texnoloji nailiyyətlərinin sərgiləndiyi sərgi səfəri zamanı təqdim edilib.

Şaquli enmə və qalxma qabiliyyətinə malik olan PUA istənilən hərbi gəmidən rahatlıqla uça və ona tapşırılan tapşırıqları yerinə yetirə biləcək.

Qeyd edək ki, “Çamroş” fars mifologiyasında Əlborz dağının zirvəsində yaşadığı deyilən quşun adıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Çamroş-4   PUA  


Bizi "telegram"da izləyin