“Joğovurd”: Rusiya telekanallarının cəzalandırılmasını elan edən erməni nazir müavini kimdir?

2023/12/1701762133.jpg
Oxunub: 3619     15:32     05 Dekabr 2023    
Nikol Paşinyanın hakimiyyətinin fəaliyyətləri Ermənistan-Rusiya münasibətlərini ardıcıl olaraq korlayır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poğosyan “Armenpress”ə bildirib ki, nazirlik kütləvi telekommunikasiya sahəsində əməkdaşlığa dair əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı iki ölkənin səlahiyyətli idarələri arasında məsləhətləşmələrin aparılması təşəbbüsü ilə Rusiya tərəfinə rəsmi müraciət edib.

“Rusiya tərəfi də dəvəti qəbul edib və dekabrın ortalarında telekommunikasiya sahəsinə dair dövlətlərarası sazişin 4-cü və 5-ci bəndlərinin pozulması, sazişlə əldə edilmiş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsləhətləşmələr planlaşdırılır. Əlbəttə, ilk baxışda elə görünür ki, Ermənistan hökuməti Ermənistanın suverenliyi üçün ciddi səylər göstərir, amma əslində Nikol Paşinyan hökuməti Rusiyanın birinci kanalında yayımlanan verilişə görə Rusiya telekanallarına “hirslənib”. Belə ki, Rusiyanın birinci kanalında Nikol Paşinyan sərt tənqid olunub. “Ana Ermənistan” hərəkatının rəhbəri Andranik Tevanyan isə həmin gün bildirib ki, Paşinyan həmişə arxasında qan izləri qoyur. Bəs Rusiya telekanallarının cəzalandırılmasını elan edən nazir müavini Avet Poğosyan kimdir? O, 2008-ci il hərəkatı günlərində fəal olub, Levon Ter-Petrosyanın tərəfdarı olub. Mübarizə uğursuzluqla nəticələnəndə Avet Poğosyan ABŞ-yə mühacirət edib və mətbuatın yazdığına görə, orada taksi sürüb. Yəni bu gün telekommunikasiya sahəsində Ermənistan-Rusiya münasibətlərini keçmiş taksi sürücüsü həll etməlidir. Yeri gəlmişkən, Avet Poğosyanın eyni siyasi kumiri Levon Ter-Petrosyan Nikol Paşinyanı milləti məhv edən alçaq kimi təsvir edib”, - deyə nəşr bildirb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin