ABŞ-də F-35C döyüş təyyarəsi güzgüyə bənzər örtüklərlə peyda olub

2023/12/2023--1701761909.jpg
Oxunub: 2096     16:37     05 Dekabr 2023    
Güzgüyə bənzər örtüyə malik döyüş təyyarəsinin aviadaşıyıcı gəmiyə yerləşdirilməsi ilk dəfə həyata keçirilib.

Ordu.az xəbər verir ki, güzgüyə bənzəyən örtüklər əvvəllər F-22, F-35 və F-117 döyüş təyyarələrində görüntüləmib, lakin ilk dəfədir bu örtüklü təyyarə aviadaşıyıcı gəmidə yerləşdirilir.

Məlumata görə, bu örtüklər təyyarənin infraqırmızı spektrdə imzasını azaldır.

İndi Kaliforniya sahillərində USS “Abraham Lincoln” aviadaşıyıcı gəmisində missiya yerinə yetirən F-35C döyüş təyyarəsi oxşar örtüklərlə peyda olub.

Sözügedən döyüş təyyarəsinin fotoşəkilləri ABŞ Müdafiə Nazirliyi tərəfindən dərc edilib. Görüntülərdə F-35C-nin aviadaşıyıcı gəmiyə toxunaraq havaya qalxması görünür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-35C  


Bizi "telegram"da izləyin