“Səmada 55.000 saat işləmiş və heç bir qəza yaşamamış mühərriklərimiz var” - TEI baş direktoru

2023/12/40635-1701760746.jpg
Oxunub: 7901     14:21     05 Dekabr 2023    
“İlk yerli helikopter mühərrikimiz olan TEI-TS1400 gələn il kütləvi istehsala başlayacaq”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin TEI şirkətinin baş direktoru Mahmut Faruk Akşit deyib.

O qeyd edib ki, 4,5 saata qədər sınaq keçiriblər.

“Bizdən tələb olunan 1292 at gücünə malik mühərrik idi. 1570 at gücünə çatdıq. “Aksungur” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) inkişaf etdirdiyimiz TEI-PD170 mühərriki ilə kütləvi istehsaldan əvvəl son uçuşunu etdi. Təkcə ixracatımız bu il 320 milyon dollar civarındadır. Gələn il 425 milyon civarında hədəfləyirik”, - deyə Akşit bildirib.

TEI şirkətinin baş direktoru vurğulayıb ki, PUA mühərrikləri qaydasındadır.

“PUA mühərrikləri qaydasındadır. Hamısını etdik. Səmada 55.000 saat işləmiş və heç bir qəza yaşamamış mühərriklərimiz var”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEI-TS1400   Türkiyə   TEI  


Bizi "telegram"da izləyin