“Baykar” müdafiə sənayesində dünyanın ən yaxşı 100 şirkəti arasında ən sürətli gəlir artımına malik müdafiə sənayesi şirkətidir” - Bayraktar

2022/07/1658207800.jpg
Oxunub: 2321     14:57     05 Dekabr 2023    
“Uğurun sirri texnoloji diqqətdədir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar deyib.

“Dünyanın ən yaxşısı olmaq üçün “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) kimi yüksək texnologiyalı məhsulu inkişaf etdirərək uğur qazanırıq. Onlarla orta səviyyəli məhsullar hazırlamaq əvəzinə, yalnız bir niş məhsula diqqət yetirərək, dünyada ən yaxşısını etməyə çalışırıq”, - deyə o qeyd edib.

Bayraktar bildirib ki, “Baykar” müdafiə sənayesində dünyanın ən yaxşı 100 şirkəti arasında ən sürətli gəlir artımına malik müdafiə sənayesi şirkətidir.

“2022-ci ildə satışların 85 faizi ixracdan əldə edilib. 2023-cü ildə ixrac gəlirinin ümumi satışların 90 faizindən çoxunu gözləyirik. Yeni platformalarımızla bu uğuru daha da irəli aparacağıq”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Baykar  


Bizi "telegram"da izləyin