Misirdə keçirilən sərgidə Türkiyənin 23 müdafiə sənayesi şirkəti öz məhsullarını nümayiş etdirir

2023/12/2023--1701760320.jpg
Oxunub: 7306     16:39     05 Dekabr 2023    
Dekabrın 4-də Misirin paytaxtı Qahirədə başlayan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi EDEX 2023-də Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) və Türkiyə Müdafiə və Aviasya Sənayesi İxracatçıları Birliyi (SSI) ilə birlikdə Türkiyədən 23 şirkət iştirak edir.

Ordu.az xəbər verir ki, son illərdə Türkiyə ilə Misir arasında münasibətlərin yaxşılaşmasının ardınca müdafiə sənayesi sahəsində də yaxınlaşma gözlənilirdi.

Beləliklə, Türkiyə ilk dəfə Misirdə keçirilən sərgiyə qatılıb. Sərgidə Türkiyənin müdafiə sənayesi şirkətləri tərəfindən istehsal olunan zirehli avtomobil platformaları, müxtəlif insanlı/insansız quru və hava vasitələri, dəniz sistemləri, silah sistemləri, elektron sistemlər, sursatlar, simulyatorlar, logistik dəstək məhsulları və müdafiə xidmətlərinin məhsulları, təqdimatları keçiriləcək.

Sərgi çərçivəsində sərgidə iştirak edən müxtəlif ölkələrlə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında yeni layihələr vasitəsilə əməkdaşlıq potensialının inkişaf etdirilməsi və dərinləşdirilməsi nəzərdə tutulur.

EDEX 2023 müdafiə və aviasiya sənayesindən gələn qonaqları 7 dekabr 2023-cü ilə qədər qəbul etməyə davam edəcək.

EDEX 2023 sərgisində iştirak edən Türkiyənin müdafiə sənayesi şirkətləri:

REPKON
ASELSAN
SARSILMAZ
HAVELSAN
TAIS SHIPYARD
BMC
TUSAŞ
BAYKAR
DEARSAN SHIPYARD
CANiK
OTOKAR
YONCA SHIPYARD
ASUTAY SİLAH
SMS SAVUNMA SANAYİİ
ABRAMAK
ROKETSAN
3E
İPEK SAVUNMA
SYSTEM DEFENCE
AKSA
SUPRA SAVUNMA
ASSAN
MATEC ELEKTRONİK

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Türkiyə  


Bizi "telegram"da izləyin