Qərb Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir

2023/12/1701759962.jpg
Oxunub: 7490     10:49     05 Dekabr 2023    
Ermənistanda növbədənkənar parlament seçkiləri tələbinin Qərbdən də “endirildiyi” barədə rəsmi dairələrdə məlumatlar dolaşır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, dar partiya toplantılarından birində Nikol Paşinyan qısa olaraq fövqəladə vəziyyət mövzusuna toxunub, gələn il seçkilərin keçirilə biləcəyini istisna etmədiyini deyib.

“Məlumata görə, Qərb də öz növbəsində Paşinyandan “sadiqlik andı” tələb edir ki, Ermənistan tez bir zamanda Rusiyadan qoparaq Avropaya tələssin. Qərb Paşinyanın vədləri əvəzinə yeni seçkilər vasitəsilə anti-Rusiya parlamentinin formalaşacağını gözləyir. Plana əsasən, həmin parlamentdə mütləq Aram Zaven Sarkisyan və digər qərbpərəstlər olacaqlar, açıq-aşkar rusiyayönümlü siyasi xətdə olan bugünkü parlament müxalifəti isə evə gedəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin