Pentaqon: PUA müdafiəsi üçün istehsal artmalıdır

2023/12/1701756084.jpg
Oxunub: 4609     20:00     05 Dekabr 2023    
ABŞ ucuz Pilotsuz Uçuş Aparatı (PUA) istehsalı və antidron texnologiyaya investisiyalarını artırmaq istəyir.

Ordu.az xəbər verir ki, Pentaqonun satınalma rəhbəri Bill LaPlante PUA müdafiəsinə ehtiyacın son illərdə tələbatı artan 155 mm-lik artilleriya mərmilərinə bənzədiyini deyib.

“Təxminən bir il əvvəl 155-lərin aylıq istehsalının 100.000-ə yüksəlməsinin lazım olduğunu söylədiyimiz zaman olduğu kimi, antidron istehsalı da kəskin şəkildə artmalıdır”, - deyə o qeyd edib.

LaPlantenin açıqlamaları Ukraynada istifadə edilən və İsrailin tələb etdiyi “Switchblade” kamikaze PUA-sını istehsal edən “Aerovironment” şirkətinə səfərdən sonra verilib.

Pentaqon ötən həftə elan etdiyi “Replicator” layihəsi çərçivəsində ölkə daxilində ucuz PUA-ların istehsalı üçün müxtəlif şirkətlərlə danışıqları davam etdirir.

LaPlante Pentaqon rəsmilərinin döyüş sursatı və antidron sistemləri istehsal edən şirkətlərə ehtiyacı olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   PUA  


Bizi "telegram"da izləyin