Rusiya HDQ-nin təşkilində hərtərəfli dəyişiklik baş verib

2023/12/Rus-K-1701755943.jpg
Oxunub: 1905     15:16     05 Dekabr 2023    
Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) təşkilində hərtərəfli dəyişiklik baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın yüksək rütbəli rəsmilərinə yaxın mənbə bildirib.

Mənbə qeyd edib ki, Rusiyanın dörd donanması və Xəzər flotiliyası birbaşa Rusiya HDQ-nin komandanı admiral Nikolay Yevmenova tabe edilib.

“Dörd donanma və Xəzər flotiliyası dekabrın 1-də Rusiya Müdafiə Nazirliyi yeni tədris ilinə başlayanda birbaşa HDQ-nin komandanına tabe edildi”, - deyə mənbə vurğulayıb.

Yaxın vaxtlara qədər Qara dəniz, Baltik və Sakit okean donanmaları, habelə Xəzər donanması müvafiq hərbi dairələrə tabe idi, Şimal Donanması isə hərbi dairə statuslu vahid strateji komandanlıq idi.

Mənbəyə görə, Şimal Donanmasının məsuliyyət zonasına daxil olan, Rusiyanın şimalındakı dörd regionda yerləşən quru, hava və hava hücumundan müdafiə qüvvələri yeni yaradılmaqda olan Leninqrad Hərbi Dairəsinə veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   HDQ  


Bizi "telegram"da izləyin