“Azərbaycan həm Qərbi, həm də Qərb vasitəsilə Ermənistanı yeni güzəştlərə məcbur etməyə çalışır” - Tarasov

2023/05/1683538759.jpg
Oxunub: 3766     17:30     05 Dekabr 2023    
“Demarkasiya komissiyalarının işi birbaşa Ermənistan-Azərbaycan sülh müqaviləsinin danışıqları ilə bağlı olmamalıdır, bu, bir çox ölkələrdə olduğu kimi müstəqil proses olmalıdır”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı siyasi analitik Stanislav Tarasov deyib

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan bunu sülh sazişi çərçivəsinə gətirir, bu isə yanlışdır.

Tarasov qeyd edib ki, Azərbaycan Qərb platformasında danışıqlardan imtina edib və prosesi birbaşa danışıqlar platformasına keçirə bilib.

“Bu formatın gələcəyinin necə olacağını söyləmək çətindir, çünki gördüyümüz kimi, ABŞ diplomatik kanallarla prosesi bərpa etməyə çalışır, yaxın vaxtlarda ABŞ-nin yüksək səviyyəli diplomatik səfərləri gözlənilir ki, Azərbaycan ABŞ-nin vasitəçiliyinə və Dövlət Departamentinə inamını bərpa etsin. Azərbaycan anti-Qərb tərəddüdləri ilə həm Qərbi, həm də Qərb vasitəsilə Ermənistanı yeni güzəştlərə məcbur etməyə çalışır. Təbii ki, regional formatlar Ermənistanın maraqlarına uyğundur, lakin Ermənistan çağırışlarla dolu başqa yol seçib”, - deyə Tarasov bildirib.

Rusiyalı siyasi analitik vurğulayıb ki, demarkasiya-delimitasiya prosesi tərəflər üçün heç bir mühüm rol oynamır.

“Həmçinin qeyd etmək lazımdır ki, tərəflər bu prosesi Moskvadan birbaşa platformaya keçiriblər, bu platformada təbii olaraq Azərbaycan daha güclüdür və bu, Ermənistanı öz məqsədlərinə məcbur etmək baxımından Azərbaycana sərfəlidir”, - deyə Tarasov əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin