“Mən hələ də o “5-ci kolon”un orduda yerini bilmirəm, əgər Paşinyan bilirsə, niyə konkret qeyd etmir?” - Tiran Xaçatryan

2023/12/42989-1701755686.jpg
Oxunub: 2901     16:00     05 Dekabr 2023    
“Mən hələ də o “5-ci kolon”un orduda yerini bilmirəm, əgər Paşinyan bilirsə, niyə o “5-ci kolon”un yarımhərbi rəhbərlərinin kimlər olduğunu və ya o “kolon”un tərkibində olanları xüsusi qeyd etmir?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan deyib.

“Əgər bəyanat verirlərsə, qoy açıqlasınlar. Sadəcə çılpaq açıqlamalar, fikrimcə, mənasız piar və ya ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır”, - deyə Xaçatryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin