Ermənistan BQ rəisinin keçmiş müavini: “Gələcəkdə strateji əhəmiyyətə malik olduqları üçün qoşunları geri çəkməyəcəklərini istisna etmirəm”

2021/03/tiran-1617175870.jpg
Oxunub: 4918     14:34     05 Dekabr 2023    
“Onların nəyi planlaşdırıb həyata keçirdiklərini və indi də etdiklərini aydınlaşdırmağa ehtiyac yoxdur, onların məqsədi Qarabağı təhvil vermək idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan deyib.

O qeyd edib ki, bəhanə olması üçün təbii olaraq günahkarlar, müxtəlif əsaslandırmalar tapmalıdırlar.

“Əgər təhvil verməklə bağlı əsaslandırmalar varsa, o (Paşinyan-red.) deyirdi ki, mən danışıqlara sıfır nöqtədən, öz mövqeyimdən başlayıram, başqasının etdiyini davam etdirmirəm. Əgər təhvil vermişdilərsə, qoy bu təhvil verməni davam etdirməsin. Əgər onun əleyhinə olduğu proses olubsa, əks addımlar ataydı, söhbət nədən gedir? Onun bəhanəsi yalın, mənasız və boşdur”, - deyə Xaçatryan bildirib.

Xaçatryan vurğulayıb ki, Azərbaycan Ordusunun bölmələri geri çəkilməyib.

“Rəqib indi orada mühəndislik baxımından mövqelərini möhkəmləndirir. Gələcəkdə strateji əhəmiyyətə malik olduqları üçün qoşunları geri çəkməyəcəklərini istisna etmirəm”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin