“Hetq”: Baş nazirin müavini Mher Qriqoryan səhmlərini təxminən 1 milyard drama satıb

2023/05/1685521630.jpg
Oxunub: 7688     16:32     05 Dekabr 2023    
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın 2022-ci ildə 1 milyard 7 milyon dram gəliri olub ki, bunun da 962 milyonu “Ardşinbank”ın səhmlərinin satışından əldə olunub.

Ordu.az-ın xəbərinə görə, Ermənistanın “Hetq.am” nəşri bildirib ki, bu barədə Mher Qriqoryanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının bəyannamələr reyestrində dərc edilmiş 2022-ci il üçün əmlak və gəlirlər haqqında illik bəyannaməsində qeyd olunub.

Bildirilib ki, 30 oktyabr 2017-ci il tarixindən Mher Qriqoryan “Ardşinbank” QSC-də 1,000056% paya sahibdir, “Arşinbank”ın 97,4 faizinin sahibi olan “Arins Group” MMC və “Region Maliyyə Sənaye Korporasiyası” QSC-nin səhmlərini alıb.

“Qriqoryanın “Ardşinbank”dakı səhmlərinin ümumi dəyəri 502 milyon 300 min dram olub. 2022-ci ildə Mher Qriqoryan həmin səhmləri 962 milyon 424 min drama (2 milyon ABŞ dollarından çox) hazırda bankın 98,67 faizinin sahibi olan “Arins Group” MMC-yə satıb. “Arins Group”un sahibi “Ardşinbank”ın idarə heyətinin sədri Karen Səfəryandır. Mher Qriqoryan 1 milyard dramdan necə istifadə edib? Mher Qriqoryan 2022-ci ildə əldə etdiyi gəlirin bir hissəsini depozitə qoyub. Əmanətlərdən birinin məbləği 525 min ABŞ dolları, digəri isə 40 milyon dram olub. Mher Qriqoryanın xərclər bölməsində 56 milyon dram da ianə və ya yardım kimi verilmiş əmlak kimi əks olunub. Baş nazirin müavininin ofisindən bizə verilən məlumata görə, Mher Qriqoryan əldə etdiyi gəlirin qalan hissəsini həyat yoldaşı Anna Qriqoryana köçürüb, o da öz növbəsində həmin məbləğin bir hissəsini yenidən depozitə qoyub. O, ilin əvvəlində 300 min dollarlıq əmanətini daha 200 min dollar artırıb və 500 min avro məbləğində yeni depozit qoyub. Anna Qriqoryan Mher Qriqoryandan aldığı pulun qalan hissəsini, təxminən 210 milyon dramı bağışlayıb ki, bu da onun xərclər bəyannaməsində əksini tapıb. Mher Qriqoryan 2022-ci ilin illik bəyannaməsində 5 daşınmaz əmlakın adını çəkib: Aştarak şəhərində yaşayış evi və qaraj, İrəvanın mərkəzi inzibati rayonunda 1 mənzil və 2 qaraj. Bütün qeyd olunan əmlaklar Mher Qriqoryana müştərək mülkiyyət hüququ ilə məxsusdur və o onları baş nazirin müavini vəzifəsinə gəlməzdən əvvəl alıb. Mher Qriqoryan bank hesabında 3 milyon dram və 70 milyon dram nağd pul vəsaiti kimi bəyan edib. Yeri gəlmişkən, bu 70 milyon illərdir Mher Qriqoryanın bəyannamələrində dəyişməz olaraq öz əksini tapıb”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin