“Reuters”: Qarabağdan Ermənistana könüllü köçən insanlar Ermənistanda qeyri-müəyyənlik və yoxsulluqla üzləşirlər

2023/12/01000-1701754859.jpg
Oxunub: 4080     15:08     05 Dekabr 2023    
“2020-ci ildə Türkiyə ilə sıx müttəfiq olan Azərbaycan ikinci müharibə zamanı Qarabağın böyük hissəsini geri alanda bəzi ermənilər Qarabağdan Ermənistana köç ediblər”.

Ordu.az xəbər verir ki, bu barədə nüfuzlu “Reuters” nəşri yazıb.

Nəşr qeyd edib ki, 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağın qalan hissəsini geri aldıqdan sonra 54 yaşlı Elada Sarkisyan könüllü şəkildə Qarabağdan Ermənistana köçüb.

“34 yaşlı Alina Harutyunyan qonşularından birinə məxsus sənaye yük maşını ilə onlarla insanla birlikdə Qızılqaya kəndindən Ermənistana köçüb. İndi o, əri və dörd uşağı tərk edilmiş kitabxananın birinci mərtəbəsində bir otaqda yaşayır. Ermənistan hökuməti onlara iki çarpayı və birdəfəlik 100 000 dram (250 dollar) ödəniş verib, lakin onların mənzilində kommunal xidmətlər yoxdur. Yalnız uşaq stolu, stulları ilə təchiz olunub və soyuq binaya boş qapı çərçivələrindən daxil olurlar”, - deyə müəllif qeyd edib.

Nəşr vurğulayıb ki, Qarabağdan Ermənistana könüllü köçən insanlar Ermənistanda qeyri-müəyyənlik və yoxsulluqla üzləşirlər.

“Əvvəllər televizorumuz var idi. İndi uşaqlar nəyəsə baxmaq istəyəndə hamımız bir telefonun ətrafına toplaşırıq”, - deyə Harutyunyan bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin