Litvalı hərbi qulluqçuların Azərbaycan və Ermənistana səfərləri qadağan edilib

2023/12/1701754663.jpg
Oxunub: 4906     14:46     05 Dekabr 2023    
Litva Müdafiə Nazirliyi (MN) hərbi qulluqçuların asudə vaxtlarında səyahətinə qadağa qoyulması təklif edilən ölkələrin siyahısını hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

Beləliklə, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Azərbaycan, Gürcüstan (Cənubi Osetiya, Abxaziya daxil olmaqla), Çin, Moldova və Dnestryanı bölgənin dost olmayan ölkələr siyahısına daxil edilməsi təklif edilib.

Sərəncama əsasən, hərbi qulluqçular həmçinin ölkənin Xarici İşlər Nazirliyinin getməməyi və ya dərhal tərk etməyi tövsiyə etdiyi ölkələrə gedə bilməyəcəklər. Bundan başqa, sənəddə orduda xidmət edən vətəndaşlara hansı hallarda həmin ölkələrə səfər etmək icazəsi verilə biləcəyi müəyyən edilməlidir. Dəyişikliklərin 2024-cü ilin yanvarında qüvvəyə minməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Litva  


Bizi "telegram"da izləyin