Aİ sammitində Ukrayna və Moldovanın üzvlük məsələsi barədə qərar qəbul ediləcək

2023/10/0c390-1696847345.jpg
Oxunub: 3692     22:44     04 Dekabr 2023    
Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderləri dekabrın 14-15-də keçiriləcək sammitdə Ukrayna və Moldova ilə icmaya qoşulmaq üçün danışıqlara başlamaq barədə qərar qəbul edəcəklər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sammitin yekun bəyannaməsi layihəsində qeyd edilir ki, Avropa Şurası Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəlib.

Bundan əlavə, Aİ liderləri Bosniya və Herseqovinanın lazımi şərtləri yerinə yetirdiyi zaman bu ölkə ilə ilə də üzvlüklə bağlı danışıqlara başlamağa hazır olduqlarını bəyan edəcəklər. Bəyannamə layihəsində həmçinin bildirilir ki, lazımi şərtləri yerinə yetirərsə, Aİ Gürcüstana icmaya üzv olmaq üçün namizəd statusu verməyə hazırdır.

Avropalı diplomatlar qeyd edirlər ki, bu, sammitdən əvvəl üzv ölkələrin nümayəndələri arasında aparılan danışıqlar zamanı dəyişdiriləcəyi gözlənilən yekun bəyannamənin ilk variantıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna   Moldova  


Bizi "telegram"da izləyin