Rusiya “Yuxarı Lars”da Ermənistan yük maşınları üçün sərhədi açıb

2022/09/dfgdf-1664128258.jpg
Oxunub: 2495     17:52     04 Dekabr 2023    
Ermənistan və Rusiya “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsində yaranan vəziyyəti həll etmək üçün məsləhətləşmələr aparır.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Nazirliyin sözlərinə görə, məsləhətləşmələr Avrasiya İqtisadi Komissiyası çərçivəsində aparılıb və 2 dekabrda keçid məntəqəsi bütün nəqliyyat vasitələri, o cümlədən tez xarab olan kənd təsərrüfatı məhsulları daşıyan yük maşınları üçün açılıb.

Hazırda hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri arasında fitosanitariya sahəsində, həmçinin yaranmış problemlərin təcili həlli üçün ikitərəfli məsləhətləşmələr aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yuxarı-Lars   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin