AK Parti sədrinin müavini: "Artıq Xocalıda da Azərbaycan bayrağı qürurla dalğalanır"

2023/12/Ekran-1701703015.jpg
Oxunub: 1752     17:47     04 Dekabr 2023    
Bu gün Vətənimiz Azərbaycanda olmaqdan məmnunluq duyuruq.

Ordu.az-ın xəbərinə görə, bunu Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birgə keçirilən mətbuat konfransında bildirib.

AK Parti sədrinin müavini qeyd edib ki, sabah Qərbi Azərbaycan İcmasının təşkil etdiyi beynəlxalq konfransa qatılacaq və çıxış edəcək: “Türkiyə-Azərbaycan əlaqələrinin dünyada tayı-bərabəri yoxdur. Mustafa Kamalın qeyd etdiyi kimi, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz, Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələri Türk dünyasının bir araya gəlməsində mühüm rol oynayır".

Zəfər Sırakaya Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi yardıma görə Prezident İlham Əliyev və Azərbaycan xalqına təşəkkürünü çatdırıb.

O, Azərbaycanı Zəfər münasibəti ilə bir daha tərik edib: "Azərbaycan antiterror əməliyyatı ilə suverenliyini tam bərpa edib. Qürurluyuq ki, artıq Xocalıda da Azərbaycan bayrağı dalğalanır. Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman yanında olmağa davam edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı   Azərbaycan   Bayraq  


Bizi "telegram"da izləyin