ANAMA: Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb

2023/08/1692777190.jpg
Oxunub: 4365     18:54     04 Dekabr 2023    
İşğaldan azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (27 oktyabr - 03 noyabr) məlumatında deyilir.

Məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2575,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Mina  


Bizi "telegram"da izləyin