Britaniya PUA-larla mübarizə üçün Ukraynaya “Martlet” raketləri verib

2023/12/8778-1701702355.jpg
Oxunub: 4780     18:31     04 Dekabr 2023    
Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi üçün istifadə olunan çoxməqsədli “Martlet” raketləri verib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Britaniya hakimiyyəti rəsmi olaraq “Martlet” raketlərinin tədarükünü elan etməyib, lakin onların Ukraynada istifadəsi ilə bağlı ilk qeydlər hələ 2022-ci ildə ortaya çıxıb.

Qeyd edək ki, "Martlet"in uzunluğu 1,3 m, çapı 76 mm, çəkisi isə 13 kq-dır. Raket döyüş başlığının kütləsi 3 kq, uçuş məsafəsi 8 km-dir. Ukraynaya ötürülən raketlərin dəqiq sayı açıqlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   PUA   Ukrayna  


Bizi "telegram"da izləyin