Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişib

2022/03/12df1-1648725657.jpg
Oxunub: 3599     16:43     04 Dekabr 2023    
Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda dəyişiklik edilib.

Ordu.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin və XRİTDX-nin (dövlət qurumlarına münasibətdə) kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə hüquqları artırılır.

Dövlət Təhlükəsizliyi Xidmətinin və XRİTDX-nin (dövlət qurumlarına münasibətdə) kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə hüquqları sırasına kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb etmək hüququ da əlavə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kritik-informasiya-infrastruktu  


Bizi "telegram"da izləyin