İsrailli general: "Qəzzanın şimalındakı əməliyyatlar demək olar ki, tamamlanıb"

2023/11/1699252582.jpg
Oxunub: 2163     15:45     04 Dekabr 2023    
İsrail ordusunun Qəzzanın şimalındakı əməliyyatları, demək olar ki, tamamlanıb.

Ordu.az xəbər verir ki, bunu İsrail ordusunun briqada generalı Hişam İbrahim deyib.

Onun sözlərinə görə, şimal bölgəsindəki hədəflər, demək olar, məhv edilib.

H.İbrahim bildirib ki, İsrail ordusu HƏMAS-ı tamamilə məhv etmək üçün digər ərazilərdə də yerüstü əməliyyatları genişləndirəcək.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin