Bolqarıstan prezidenti zirehli texnikanın tədarükünə veto qoyub

2023/12/1701493449.jpg
Oxunub: 7964     15:30     04 Dekabr 2023    
Bolqarıstan prezidenti Rumen Radev Ukrayna üçün nəzərdə tutulan zirehli texnikanın tədarükünə veto qoyub.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Bolqarıstan prezidentinin saytında dərc olunub.

Məlumatda vetonun səbəbi olaraq deputatların Ukrayna üçün nəzərdə tutulan texnikanın konkret parametrləri ilə yetərincə tanış olmadıqları və bu səbəbdən Bolqarıstanın özünə lazım olub-olmadığını obyektiv qiymətləndirə bilmədikləri göstərilib.

Radev bu texnikanın Bolqarıstanın sərhədlərinin mühafizəsində, eləcə də təbii fəlakətlər və qəzalar zamanı əhaliyə yardım üçün istifadə oluna biləcəyini qeyd edib.

Qeyd edək ki, noyabrın 21-də Bolqarıstan parlamenti Ukraynaya sözügedən zirehli texnikanın tədarükünə dair sazişi təsdiq edib. Bolqarıstan parlamentin 152 deputatı sazişin lehinə, 57 deputat isə əleyhinə səs verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   Zirehli-texnika  


Bizi "telegram"da izləyin